Biz kimik
TrendMebel mebel sektorunda 1 nömrəli mebel platforması olmağa iddialı bir markadır. Yaranışımız tələbatdan doğub. TrendMebel 2021 ci ildə fəaliyyətə başlayıb. Məhsulumuz www.trendmebel.com platformasıdır. Məqsədimiz müştərilərin mebelə və interyer aksesuarlarına olan tələbatını platforma vasitəsi ilə ödəyərək, keyfiyyətli elektron ticarət xidməti təklif etməkdir. Texnologiyanın imkanlarından istifadə edərək daha çox insanı bir araya gətirib , onları məmnun etməkdir. Bu platforma vasitəsi ilə müştərilər əlçatan və arzuolunan keyfiyyətli məhsul əldə etmiş olacaqlar. Müştərilər bu platforma vasitəsi ilə heç bir ünvana getmədən, məkan tərk etmədən, vaxt xərcləmədən, ayrı ayrılıqda marka saytları axtarmadan münasib qiymətə müxtəlif növ məhsullar əldə edəcəklər.
Bizim dəyərlərimiz 6 M konsepsiyası üzərində qurulub.
- Müştəri məmnuniyyəti – Müştəri məmnundursa biz də məmnununq!
- Müştəri etibari – Etibarı qazanmaq çətindir. İtirmək asan!
- Müştəri güvəni – Güvən zamanla qazanılan bir dəyərdir.
- Müştərilər üçün Smart həll yolları – Müştərilər platformada daha rahat və operativ hərəkət etmələri üçün innovasiyanın ən mühüm yeniliklərini tətbiq edəcəyik.
- Müştəri üçün “VAU” effekti – Bu effekti yaratmaq üçün daima kreativliyimizi üst səviyyədə saxlayacağıq. Siz müştəriləri təəcübləndirmək bizim ilham mənbəyimiz olacaq.
- Müştəri üçün Aysberq konsepsiyası – Aysberqin görünməyən tərəfi - bizim komandamızın motivasiyası Aysberqin ən yüksək zirvəsində olacaq. Komandamız innovativ həll yollarını öyrənməyə can atan, özünə güvənən, özünü daima bu ailənin doğması sayan, səmimi gənclərdən ibarət olacaq. Bizim üçün təcrübə yox səmimiyyət vacibdir !
Biz uzun bir yola çıxmışıq. Böyüməyə can atırıq. Çətin, sevincli və xoşbəxt günlərimiz qarşıdadır. Bu marağlı yolu bizim ilə addımlayan təcrübəsi vacib olmayan, lakin daxilində həmişə yaratmaq alovu daima yanan gənclərə ehtiyyacımız olacaq. İş şəraitimiz sizi iş saatı bitəndə evə can atmağa imkan verməyən rahatlıqla dolu olacaq. Fikirlərinizə, Jestlərinizə, Mimikalarınıza həmçinin Geyiminizə, Görkəminizə heç bir məhdudiyyət qoyulmayan bir ortam düşünün! Azadsınız! Bu yanaşmanın qarşılığı hər kəsin məmnuniyyətidir. Günün birində biz səni tapacağıq və birlikdə səninlə addımlayaraq uğurlara imza atacağıq. Əmin ol !
Biz hər yerdə varıq. Bizi hər yerdə tapa bilərsən. Məsələn Facebookda, İnstagramda , Linkedində və ya Youtubeda, Whatsappda. Amma əsas məkanımız www.trendmebel.com. Sizi bu məkanlarda qarşılamaq bizim üçün xoşdur. Qonağımız ola bilərsiniz. Tamam yadımızdan çıxmışdı yaza info.@trendmebel.com və ya zəng +994 55 330 31 10 də edə bilərsiniz
