İstifadəçi razılaşması
İstifadəçi Razılaşması
- İstifadəçi Razılaşmasında istifadə edilən anlayışlar
1.2. İstifadəçi-Razılaşma şərtlərini qəbul etmiş və Platforma xidmətlərindən istifadə edən istənilən fiziki və ya hüquqi şəxsdir.
1.3. Platforma-İnternet şəbəkəsindəwww.trendmebel.comünvanında yerləşdirilmiş rəsmi internet resursu (veb-sayt), elektron ticarətin həyata keçirildiyi virtual məkan.
1.4. Razılaşmanın tərəfləri- Satıcı, İstifadəçi, Təchizatçı (İstehsalçı) və Alıcıdır (İstehlakçıdır).
1.5. Alıcı (İstehlakçı)-www.trendmebel.comveb-saytında yerləşdirilmiş məhsulları alan (xidmətləri, işləri sifariş edən), yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir.
1.6. Satıcı- Alqı-satqı əməliyyatının iştirakçısı olan, Azərbaycan Respublikaısnın qanunvericiliyinə uyğun olaraq yaradılmış və qeydiyyatdan keçmiş “TRENDMEBEL” Məhdud Məsuliyyətli Cəmiyyətidir (VÖEN: 1006981371). “TRENDMEBEL” MMC Platformanın inzibatçılığını həyata keçirir. Platformaya dair bütün mülkiyyət hüquqları müstəsna olaraq “TRENDMEBEL” MMC-yə aiddir.
1.7. Təchizatçı (İstehsalçı)- Mülkiyyət formasından və təşkilati-hüquqi formasından asılı olmayaraq satış üçün mal (məhsul) istehsal edən və www.trendmebel.comveb-saytı üzərindən Satıcını mal (məhsul) ilə təchiz edən müəssisə, idarə, təşkilat və ya sahibkar;
1.8. İnformasiya-Platformada İstifadəçilər tərəfindən yerləşdirilmiş informasiyadır. Yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlardır.
1.9. Məhsul- Mallar, işlər, xidmətlər, maddi-texniki resurslar, hər hansi maddi və qeyri-maddi əmlak.
1.10. Şəxsi kabinet- İstifadəçinin www.trendmebel.comsaytındakı şəxsi virtual məkanıdır. Şəxsi kabinetə giriş-çıxış əldə etmək üçün qeydiyyatdan keçmək lazımdır. İstifadəçinin yalnız bir şəxsi kabinetə malik olmaq hüququ var.
1.11. İstifadəçinin şəxsi informasiyası-Bu informasiya qeydiyyat əsnasında İstifadəçinin Platformaya daxil etdiyi informasiyadır.İstifadəçi haqqında məlumatlardır və ya məlumatlar məcmusudur ki, İstifadəçi özü haqqında İstifadəçinin şəxsi məlumatları, Platformadan istifadə prosesində Satıcıya avtomatik olaraq ötürülən informasiya, o cümlədən İP-ünvan, cookie-dən informasiya, İstifadəçinin brauzeri haqqında və İstifadəçi haqqında başqa informasiyalar daxil olmaqla, qeydiyyat vaxtı sərbəst və ya Platformadan istifadə prosesində təqdim edir.
1.12. Spam-alanlar tərəfindən kütləvi, icazə verilməyən və (və ya) gözlənilməyən reklam, informasiya, təşviqat və ya başqa xarakterli poçt və başqa göndərilmələrdir.
- Platformanın bütün İstifadəçiləri üçün məcburi olan şərtləri diqqətlə oxumağınız xahiş olunur. Bu Platformadan istifadə edərkən İstifadəçi Razılaşmasında qeyd olunmuş şərtləri əvvəlcədən qəbul etmiş olursunuz.
2.1.. İstifadəçi Razılaşmasında istifadə olunan və “İstifadəçi Razılaşmasında istifadə edilən anlayışlar” bəndində əksini tapmayan istənilən terminlər və anlayışlar, İstifadəçi Razılaşmasının mətnindən yaranan mənaya müvafiq olaraq izah ediləcəkdir. İstifadəçi Razılaşmasında istifadə edilən terminin və anlayışın izah edilməsi barədə istənilən fikir ayrılıqlarının yaranması halında Satıcı tərəfindən müəyyən edilən izah etmə tətbiq ediləcək.
2.2. Platforma xidmətlərindən və materiallarından istifadə edilmə qüvvədə olan qanunvericiliyin normaları, “Elektron ticarət haqqında” Qanunun, “İstehlakçıların hüquqlarının müdafisəi haqqında” Qanunun tələbləri, həmçinin hazırki İstifadəçi Razılaşması ilə tənzimlənir.
2.3.. Hazırki İstifadəçi Razılaşması ictimai ofertadır.
2.4. Platforma xidmətlərindən istifadə edərək, İstifadəçi hazırki İstifadəçi Razılaşmasına qoşulur və onun şərtlərini qəbul edir. Satıcı istənilən vaxt birtərəfli qaydada hazırki İstifadəçi Razılaşmasının şərtlərini dəyişdirmək hüququna malikdir. İstifadəçinin hazırki İstifadəçi Razılaşmasının şərtləri ilə və ya ona daxil edilmiş dəyişiliklərlə razılaşmadığı halda o Platformaya girişdən imtina etməli, Platformanın istifadə etməsini dayandırmalıdır.
2.5. Platformada qeydiyyat könüllüdür. İstifadəçi öz parolunu gizli saxlamağı öhdəsinə götürür. İstifadəçi öz elektron ünvanından və paroldan istifadə ilə hərəkətlərə, həmçinin İstifadəçinin şəxsi kabinetində yerinə yetirilən hərəkətlərə görə məsuliyyət daşıyır. Platforma xidmətlərindən yalnız öz şəxsi elektron ünvandan və paroldan istifadə ilə istifadə etmək hüququna malikdir. Əgər istifadəçidə onun şəxsi kabinetinə icazəsiz daxil olma haqqında şübhələnməyə əsaslar varsa, İstifadəçi öz parolunu sərbəst dəyişməyi öhdəsinə götürür.
2.5. Satıcı İstifadəçilər tərəfindən qeydiyyat zamanı verilən informasiyanın düzgünlüyünün yoxlanılması üçün xüsusi texniki qərarlardan istifadə etməkdə haqlıdır.
2.6.Satıcı zəmanət verə bilməz kii, İstifadəçi həqiqətən təqdim edildiyi kimidir, Platformada qeydiyyat zamanı istifadəçi tərəfindən verilmiş informasiya doğrudur.
2.7.Satıcı öz şəxsi mülahizəsi üzrə İstifadəçinin hazırki İstifadəçi Razılaşmasının şərtlərini pozan xidmətlərə girişi dayandırmaq hüququnu özündə saxlayır.
2.8. İstifadəçi tərəfindən başqa şəxslərin hüquqlarının və ya qüvvədə olan qanunvericiliyin pozması halında, həmçinin başqa səbəblərdən öz istədiyi kimi, Platforma İstifadəçinin girişini məhdudlaşdırmaq və ya dayandırmaq hüququna malikdir.
2.9.İstifadəçi, hansının ki, xidmətlərə girişi dayandırılmışdır və ya hansının ki, məlumatları etibarsızdır, Satıcının xüsusi icazəsi olmadan təkrar olaraq qeydiyyatdan keçmək hüququna malik deyildir. Belə İstifadəçi, həmçinin Platformaya və onun xidmətlərinə giriş üçün İstifadəçinin qeydiyyat məlumatlarından istifadə etmək hüququna malik deyildir.
- Satıcının fəaliyyət istiqamətləri.
2.1. “TRENDMEBEL” MMC mebel bazarında alqı-satqı münasibətlərini tənzimləyən və bu münasibətlərdə Satıcı kimi çıxış edən, online satış platformasıdır. Platformanın əsas fəaliyyəti Satıcı tərəfindən təklif olunan məhsulların onlayn platforma vasitəsilə Alıcıya tanıdılması, Alıcılar üçün geniş, rahat və optimal seçimin təmin edilməsindən ibarətdir. TRENDMEBEL online mebel satış platformasını seçməklə Satıcı Təchizatçı (İstehsalçı) tərəfindən təchiz edilmiş (təqdim edilmiş) mebelləri daha çox tanıtmaq və satışını yerinə yetirmək üstünlüyü qazanır. Alıcılar (İstehlakçılar) isə bol, keyfiyyətli və ən əsası qiymət və keyfiyyət baxımından müqayisəli seçim etmək imkanı əldə edirlər.
- Platformadan istifadə
3.1. İstifadəçi qanunvericilik və ya beynəlxalq hüququn normaları pozulması kimi baxıla bilən hərəkətləri, o cümlədən intelektual mülkiyyət, müəlliflər və (və ya) yanaşı hüquqlar sahəsində, həmçinin Platformanın normal işinin pozulmaısna gətirib çıxaran və ya gətirib çıxara biləcək istənilən hərəkətləri təşəbbüs etməməyə razılaşır.
3.2. Mallar, məhsullar, işlər və xidmətlər barəsində bütün sazişlər (razılaşmalar, müqavilələr) İstifadəçilər arasında Mülki Məcəllədə nəzərdə tutulan və ya nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr bağlanılır. Satıcı bağlanılmış və ya bağlanılacaq sazişlərin (razılaşmaların, müqavilələrin) tərəfi kimi çıxış edir və tərəflərin məsuliyyəti bağlanılacaq müqavilənin şərtləri ilə əhatələnir.
3.3. İstifadəçi tərəfindən istənilən informasiyanın və məlumatların verilməsi ilə əlaqədar olaraq üçüncü şəxslərin pozulmasına görə Platforma məsuliyyət daşımır.
3.4. İstifadəçi verilən xidmətləri dəstəkləməməyi və haqqında informasiyanı yaymamağı öhdəsinə götürür.
3.5. İstifadəçi öhdəsinə götürür:
3.5.1. Platformanın infrastrukturunu böyük yüklənməyə gətirib çıxara bilən heç bir hərəkətə təşəbbüs etməməyi
3.5.2. Satıcının ilkin yazılı icazəsi olmadan Platformada olanı istənilən informasiyanı köçürməməyi, təkrar etməməyi, dəyişdirməməyi, yaymamağı və ictimaiyyətə təqdim etməməyi
3.5.3. Platformaya girişə mane olmaq və ya məhdudlaşdırmaq məqsədi ilə Platformanın işinə mane olmamağı, həmçinin avtomatik sistemlərin və ya proseslərin hərəkətinə mane olmamağı
3.6. İstifadəçi tərəfindən verilmiş məlumatlar və onun Platformada hərəkətləri olmamalıdır:
3.6.1.Yalnışlıq, qeyri-dəqiqlik, aldatma, dələduzluğa, aldatmağa və ya etimaddan sui-istifadəyə imkan yaratma.
3.6.2. Oğurluq və ya saxta əşyalarla sazişlərin bağlanmasına aparma, üçüncü şəxslərin mülkiyyət hüququnu pozmaq və ya onun ticarət sirrinə və ya onun şəxsi həyatına toxunulmazlıq hüququna qəsd etmə.
3.6.3. Özündə kiminsə şərəfini, ləyaqətini və ya işgüzar reputasiyasını təhqir edən məlumatları saxlama, özündə kimə qarşı olursa olsun böhtan və ya təhdidləri saxlama.
3.6.4. Cinayətin törədilməsinə çağırma, həmçinin millətlərarası düşmənziliyi qızışdırma, imkan yaratmaq, dəstəkləmək və ya terror və ekstremist fəaliyyətə çağırmaq.
3.6.5. Əxlaqa ziddi və pornoqrafiya daşımaq, özündə reklam xarakterli məlumatları daşımaq.
3.6.6. Özündə kompyuter viruslarını viruslarını saxlamaq, həmçinin başqa kompyuter proqramları, xüsusi halda, səlahiyyətsiz müdaxiləyə, gizli ələ keçirməyə və ya istənilən sistemin məlumatlarının və ya sistemin özünün və ya onbun hissəsinin və ya şəxsi informasiyanın və ya başqa informasiyanın (Platformanın məlumatları daxil olmaqla) mənimsənməsinə yönəldilmiş.
3.6.7. Üçüncü şəxlsərin intellektual hüquqlarını və başqa hüquqlarını pozmaq.
3.6.8. Qüvvədə olan qanunvericiliyi başqa üsulla pozmaq.
- Məhsulun Platformada yerləşdirilməsi qaydası və ödəniş şərtləri
4.1. Alıcı (İstehlakçı) aldığı məhsulun dəyərini (qiymətini) Satıcının hesabına ödəyir. Alıcı (İstehlakçı) sifariş veridyi məhsulun dəyərini nağd qaydada (Qapıda ödəmə bölməsini seçməklə) ödəniş etmək istədiyi təqdirdə məhsul Alıcıya (İstehlakçıya) çatdırılmadan öncə Satıcının nümayəndəsinin təqdim etdiyi ödənişi təsdiq edən sənəd (qəbz və s.) əsasında Satıcıya ödəyir. Satıcı və Alıcı (İstehlakçı) arasında olan bütün alqı-satqı əməliyyatları Platforma üzərindən həyata keçirilir.
4.2. Platformanın ana səhifəsində ən çox alınan məhsul, ən çox bəyənilən məhsul, ən çox baxılan məhsul reytinqi əks olunacaq. Bu prosessləri şəffaf olması üçün İstifadəçilər bu seçimin detallarını tələb edə bilər.
- Zəmanət şərtləri
5.1. Məhsula dair zəmanət (məhsulun keyfiyyəti üçün qarantiyanı) ümumi olaraq Təchizatçı (İstehsalçı) tərəfindən verilir. Zəmanət (məhsulun keyfiyyəti üçün qarantiya) Təchizatçı (İstehsalçı tərəfindən verildiyi təqdirdə zəmanət (məhsulun keyfiyyəti üçün qarantiya) bu İstifadəçi Raılaşmanın ayrılmaz tərkib hissəsi sayılan 01 nömrəli Əlavə ilə tənzimlənir. Zəmanət (məhsulun keyfiyyəti üçün qarantiya) Təchizatçı (İstehsalçı) tərəfindən verilmədiyi təqdirdə zəmanət (məhsulun keyfiyyəti üçün qarantiya) şərtləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun və bu sahəyə aid olan digər qanunvericilik aktları (normaları) ilə tənzimlənir.
- Alıcının (İstehlakçının) Platformada istifadəsini şərtlərndirən təlimat
6.1. Alıcı (İstehlakçı) Platformaya qeydiyyat olunmaqla və ya qeydiyyatsız daxil ola bilər. Alıcı (İstehlakçı) qeydiyyat olunduqda şəxsi kabinet yaranır ki, kabinet vasitəsi ilə də seçilmiş məhsulları Səbətə əlavə edə bilər. Alıcı (İstehlakçı) şəxsi kabineti vasitəsi ilə Səbətə əlavə etdiyi məhsullardan seçim edib, ödəniş etdikdən sonra Satıcı ilə razılaşdırlmış müddət ərzində məhsulu alır. Alıcı (İstehlakçı) tərəfindən Platformada yerləşdirilmiş məhsullar seçilərək müqayisə edilə bilər.
6.2. Yerli bazarda təklif olunan yerli və xarici məhsullarla yanaşı Platforma vasitəsi ilə xaricdən bir başa mebel sifarişi mümkün olacaq.
6.3. İstifadəçi Razılaşmasının və İstifadəçi Qaydalarının tələblərini pozan Alıcı (İstehlakçı) “arzuolunmaz tərəf” siyahısına əlavə edilərək Platformada fəaliyyəti bloklanır.
6.4. Məhsulun Alıcıya (İstehlakçıya) çatdırılması və quraşdırılması ilə bağlı xidmətləri, işləri Təchizatçı (İstehsalçı) yerinə yetirir. Məhsul Alıcıya çatdırılarkən məhsulun təhvil verilməsi barədə Təchizatçı (İstehsalçı) və Alıcı arasında təhvil aktı imzalanır. Təhvil aktında malın (məhsulun) qiyməti, miqdarı, keyfiyyət göstəriciləri və tərəflər arasında razılaşdırılmış qanunvericiliyə zidd olmayan digər şərtlər qeyd edilir.
- Əqli mülkiyyət və Müəllif hüquqları
7.1. Platformada PR reklam hüququ bir başa olaraq Satıcıya aiddir. Əqli mülkiyyət və müəlliflik hüquqları ilə bağlı münaisbətlər “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun, “Patent haqqında” Qanunun, “Reklam haqqında” Qanunun, o cümlədən bu shaədə tənzimlənən qanunvericilik normalarının tələbləri ilə tənzimlənir.
- Tərbiq edilən hüquq
8.1. Bu İstifadəçi Razılaşması Azərbaycan respublikasının qanunvericiliyinə uyğun olaraq təfsir edilir. Hazırki İstifadəçi Razılaşmasında nəzərdə tutulmayan digər şərtlər mülki qanunvericilik normaları ilə tənzimlənir. Hazırki İstifadəçi Razılaşması ilə bağlı Tərəflər, Alıcı, Satıcı, istifadəçilər arasında yaranmış mübahisələr ilk növbədə məhkəmədənkənar həll edilir. Əgər mübahisənin məhkəmədənkənar həlli mümkün olmursa müvafiq olaraq Azərbaycan Respublikaısnın məhkəmələrində həll edilir.
- Məxfilik siyasəti
9.1. Hazırki Məxfilik Siyasəti www/trendmebel.com Platformanın İstifadəçi Razılaşmasının ayrılmaz tərkib hissəsidir.
9.2. Hazırki Məxfilik Siyasəti istifadəçinin şəxsi məlumatlarının alması, saxlaması, işlənməsi, istifadəsi, açılması və müdafiəsi qaydasını müəyyən edir.
9.3. İstifadəçilərin şəxsi məlumat bazası Satıcının ünvanı üzrə yerləşir.
9.4. Şəxsi məlumatlar bazasının sərəncamçısı Satıcıdır.
9.5. Platforma, həmçinin də Satıcı, iqri və ya etnik mənşə haqqında məlumatlar, siyasi, dini və dünyagörüşü məsləklər, siyasi partiyalara və həmkarlar ittifaqlarına üzvlük, cinayət cəzasına məhkumluqlar, həmçinin də sağlamlığa, cinsi həyata aid olan məlumatları, biometrik və ya genetik məlumatları toplamır və işləmir.
9.6. Bu İstifadəçi Razılaşmasında məxfilik siyasəti ilə tənzimlənilməyən münaisbətlər (şərtlər) Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
- Kukilər
10.1. Platforma informasiyanın saxlanılması üçün kukilər fayllarından və başqa oxşar texnologiyadan istifadə edə bilər. Bu fayllar veb-saytın və onun əlavələrinin istifadəsini yüngülləşdirmək məqsədi ilə, Platforma xidmətlərinin keyfiyyətinin artırılması məqsədi ilə (həmçinin təhlükəsizlik), həmçinin reklam məqsədi ilə istifadə olunur.
İstifadəçi Razılaşmasına Əlavə № 01
Zəmanət
Məhsullara verilən zəmanət müddətinin müəyyən edilməsini hər bir Təchizatçı (İstehsalçı) öz təklifi (mülahizəsi) əsasında həyata keçirir. Zəmanət ilə bağlı problem yarandıqda Alıcının istəyi əsasında TrendMebel MMC bu prosessi nəzarətə götürür. Zəmanət ilə bağlı məsələlərdə TrendMebel MMC heç bir məsuliyyət daşımır.
Mebelin alınma tarixinin qəbul edilməsi üçün zəmanət müddəti ərzində zəmanət kartı, təhvil-təslim aktı, mal və ya kassa çeki, qəbz, qaimə-faktura və buna oxşar digər yazılı sənədləri itirməyin. Sənədlər natamam olduğu və ya təqdim edilə bilmədiyi təqdirdə Təchizatçının (İstehsalçının) zəmanət xidməti göstərməkdən imtina etmək hüququ vardır.
Zəmanət şərtləri:
- Alıcının iştirakı ilə Çatdırlma və Quraşdırma zamanı mebeldə zədə və ya çatışmazlıq (qüsur) aşkarlanarsa Təchizatçı (İstehsalçı) problemi yerində həll etməlidir.
- Təchizatçı (İstehsalçı) məhsula verdiyi zəmanət müddətində çatışmazlıq yaranarsa və ekspertin iştirakı ilə bu çatışmazlıq (qüsur) istehsal xarakterli olması sübut olunarsa məhsul 15 təqvim günü müddətinə təmirə aparılmalı və qüsur aradan qaldırılmalıdır.
- Zəmanət müddətində yaranan çatışmazlıq (qüsur) ekspertin iştirakı ilə Alıcının (İstehlakçının) təqsirindən yarandığı və ya istehlak xarakterli olması sübut olunarsa Təchizatçı (İstehsalçı) zəmanətə heç bir məsuliyyət daşımır. Bu çatışmazlıq (qüsur) Alıcının (istehlakçının) istəyi əsasında pullu xidmət (haqqı ödənilməklə) qarşılığında həll oluna bilər (aradan qaldırıla bilər).
- Alıcı (İstehlakçı) məhsulu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhsulun alınma günü sayılmamaq şərti ilə, 14 gün müddətində qaytarmaq hüququna malikdir. Lakin bunun üçün aşağıdakı şərtlərə əməl olunmalıdır:
- Məhsul istifadə olunmamış olsun;
- Məhsul taradan, qablaşdırmadan çıxarılmamış olsun;
- Məhsulun əmtəə görünüşü, istehlak xassələri, plombu saxlanılsın;
- Məhsulun qablaşdırılmasına ziyan dəyməsin;
- Məhsul quraşdırılmamış vəziyyətdə olsun.
Bütün bu şərtlər daxilində məhsul geri qaytarıla bilər. Geri qaytarma olduğu zaman daşınma xərci Alıcı (İstehlakçı) tərəfindən ödənilir.
